Onlayn ictimai-siyasi qəzet
Braziliyada mini-futbol oyunu faciə ilə nəticələndi
Braziliyada keçirilən mini-futbol qarşılaşmasında qapıçı həyatını itirib.
Musavat.com xəbər verir ki, matç zamanı qapıçı Antonio Edson penalti zərbəsini sinəsi ilə dəf edib.
Hadisədən bir neçə saniyə sonra o, qəfil yerə yıxılıb. Futbolçu təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hazırda qapıçının ölüm səbəbi ilə bağlı araşdırma aparılır.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ