Onlayn ictimai-siyasi qəzet
Aparılan yeni araşdırmaya görə, slavyanların kökləri müasir Belarusiyanın cənubu və Ukraynanın şimalı ilə bağlıdır.
Musavat.com xəbər verir ki, məhz bu ərazilərdə slavyanların genetik irsi yaxınqohum balt tayfalarından ayrılıb və sonradan miqrasiya prosesi başlayıb.
Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub və Naked Science nəşri buna istinad edib. Araşdırma çərçivəsində alimlər 500-dən çox qədim genomu təhlil ediblər.
Məsələni çətinləşdirən amil slavyanların ənənəvi olaraq ölülərini kremasiya etməsi olub. Bu səbəbdən genetik material çox zaman fraqmentar şəkildə qorunub. Bununla belə, mütəxəssislər slavyan icmalarının formalaşmasının ilkin mərhələlərini və onların miqrasiyasını bərpa edə biliblər.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ