İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək – Avropa liderləri məyusdur

Avropa liderləri Trampın “könüllülər koalisiyası” və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığına baxmayaraq, ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləmirlər.

Musavat.com xəbər verir ki, məlumatı Bild mənbələrinə istinadən yayıb.

Nəşr qeyd edir ki, söhbət “gərgin” atmosferdə keçib: ABŞ prezidenti Avropa liderlərini Rusiya neftini almaqda ittiham edib, onun fikrincə, bu, Rusiya hərbi maşınının maliyyələşdirilməsinə töhfə verir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynada müharibə başlayandan sonra Aİ-nin neft idxalının əhəmiyyətli dərəcədə azaltmasına işarə edərək buna etiraz edib, xüsusi nümayəndə Vitkoff isə öz növbəsində Avropanı Hindistan vasitəsilə Rusiya neftini almaqda ittiham edib.

“Bild” yazır ki, Trampla söhbətdən sonra Avropa liderləri arasında “narazılıq və məyusluq” var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR