Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Hindistanla kifayət qədər əlverişli ticarət razılaşmasını rədd edib. Musavat.com xəbər verir ki, məlumatı The Washington Post mənbələrə istinadən yayıb.
Qəzet yazır ki, iki mənbə Trampın ölkə Rusiya neftinin alışını azaltmağa razılaşana qədər Hindistanla ticarət sazişi bağlamaqdan imtina etdiyini deyib. Eyni zamanda, başqa bir mənbə qeyd edib ki, təklif olunan razılaşmada Hindistan tərəfi Amerika mallarına rüsumların əhəmiyyətli dərəcədə azaldılmasını təklifi edib.
The Washington Post-un yazdığına görə, saziş layihəsini Hindistan tərəfi ilə təmasda olan ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın ticarət nümayəndəsi Cemison Qri hazırlayıb.
Qeyd edək ki, Çin və Hindistan Rusiya neftinin ən böyük alıcılarıdır. Keçən ay Vaşinqton Rusiyadan neft almağa davam etməsi ilə əlaqədar olaraq Hindistanın ABŞ-a idxalına 25 faiz əlavə rüsumlar tətbiq edib. Beləliklə, avqustun 27-dən etibarən Hindistandan gələn mallara ABŞ tərəfindən 50 faiz rüsum tətbiq edilir.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ