Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, NATO-nun baş katibi Mark Rüt¬te Praqada Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) təşkil etdiyi müdafiə sammitində Rusiyaya sərt mesaj göndərib. O bildirib ki, Moskva Qərbin Ukraynaya qoşun göndərib-göndərməməsinə qərar verən tərəf deyil.
Rütte vurğulayıb: “Niyə bizi Rusiyanın Ukrayna haqqında nə düşündüyü maraqlandırmalıdır? Ukrayna suveren dövlətdir. Ukraynanı nə müəyyənləşdirəcəyinə qərar vermək Rusiyanın işi deyil. Finlandiya NATO-ya üzv olmaq üçün Rusiyadan icazə almadı. Əgər Ukrayna sülhün dəstəklənməsi üçün təhlükəsizlik qüvvələri görmək istəyirsə, bu onların seçimidir.”
Baş katib xatırladıb ki, avqustun sonunda Avropa liderlərinin Ağ Evdə keçirilən görüşündən sonra Ukraynaya təhlükəsizlik zəmanətləri üzərində iş sürətlənib. Həmin görüşdə ABŞ prezidenti Donald Tramp Zelenski ilə Putin arasında ikitərəfli sammitin hazırlandığını açıqlamışdı. O həmçinin ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna etsə də, missiyanı dəstəkləyəcəyini bəyan etmişdi.
Rütte Trampın mövqeyini dəstəkləyərək deyib: “Tramp bilir ki, Ukraynaya real təhlükəsizlik zəmanətləri lazımdır və o bunu edir: Budapeşt Memorandumunu və ya Minsk razılaşmalarını təkrar etmir.”
NATO rəhbəri həmçinin Trampın müharibəni dayandırmaq və alyansın yenidən silahlanma səylərini gücləndirmək istiqamətindəki təşəbbüslərini yüksək qiymətləndirib.
NATO qoşunları Ukrayna ərazisində peyda olarsa, Rusiya onlara hücum edə bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“NATO qoşunları Ukraynada görünsələr, Rusiya ordusu üçün qanuni hədəflər olacaq. Ukraynada sülh əldə olunduqdan sonra isə orada Qərb qoşunlarının yerləşdirilməsinə ehtiyac qalmayacaq”, - Putin bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ