İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Moskvanın tələbini QƏBUL ETMƏDİ - Azərbaycandan Rusiyaya "YOX" CAVABI - Əlaqələrdə gərginlik...

ARB24 telekanalının canlı efirində aparıcı Jalə Həsənlinin təqdimatında "Nə baş verir?" layihəsinin qonağı olan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Rusiya baş nazirinin müavini Aleksey Overçukun və digər Rusiya rəsmilərinin son açıqlamarını şərh edib. 

Musavat.com xəbər verir ki, R.Arifoğlu verilişdə Rusiya ilə Azərbaycan arasındakı gərginliyin əsas səbəblərindən danışıb.

Aleksey Overçuk son açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir, daimi təmaslar saxlanılır. Overçukun sözlərinə görə, iki ölkə arasında münasibətlər iqtisadi baxımdan planlaşdırıldığı kimi normal inkişaf edir.

O, həmçinin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında paraflanmış sazişə “ehtiyatlı nikbin” baxdığını vurğulayaraq bunu Avrasiya regionunda sülhün möhkəmlənməsinə mühüm töhfə adlandırıb.

"Markov hələ Şuşaya və Xankəndiyə gəlməmişdən bir həftə əvvəl bu fikri söyləmişdi ki, biz etiraf etməliyik və dönüş nöqtəsi bu ola bilər. İndi hər kəsə tapşırıq gəlib və Azərbaycanın üzərinə qısqırdırlar. Kirill Kabanov Azərbaycanı yenə hədəfə götürüb və bu adam 10 gün əvvəl Bakıda neft buruqlarını bombalamağı təklif edib. Diasporanı bitirməyi - öldürərək, döyərək Rusiyadan tamamilə çıxarmağı təklif edib. Bu adam dövlət rəsmisidir. Buna niyə sus deyən yoxdur? Rusiya görüşmək istəyir. Çünki Putinin siyasəti Rusiyanı pis vəziyyətə salıb. Güney Qafqazda az qala ona salam verən bir dövlət yoxdur. Ermənistan da məcburiyyətdən salam verir, çəkinir, qorxur. Çünki Ermənistana kifayət qədər hərbi güc yığıb", - deyə Rauf Arifoğlu bildirib.

Sözügedən verilişi təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR