Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistanın hərbi xərcləri müqayisədə ciddi fərqlilik göstərir.
Musavat.com xəbər verir ki, Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sarqsyan açıqlamasında bildirib ki, Ermənistanın müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsi səviyyəsinə çatmayacaq.
Onun sözlərinə görə, 2026-cı il üçün Ermənistan Müdafiə Nazirliyinə ayrılacaq məbləğin azaldılıb-azaldılmayacağı hələ aydın deyil. Hazırda 2025-ci il üçün Ermənistanın hərbi büdcəsi 1,7 milyard ABŞ dolları təşkil edir. Halbuki Azərbaycanın cari ildə müdafiə və milli təhlükəsizlik üçün xərcləri təxminən 5 milyard dollardır.
Bu fərq regionda hərbi balans və strategiyanın mühüm göstəricisi kimi qiymətləndirilir.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ