Müğənni Aysel Əlizadə Malayziyaya istirahətə yollanıb.
Musavat.com xəbər verir ki, Aysel tətil görüntülərini izləyiciləri ilə bölüşüb.
O, paylaşımına “Həyatı çox da ağırlaşdırmadan hər anın içində yaşamaq lazımdır. Arzularımız gerçəkləşsə də, gerçəkləşməsə də, əsas odur ki, biz o anı doya-doya hiss edək. Çünki həyat gözləmək üçün yox, yaşamaq üçündür. Düşüncələr çox vaxt bizi indi yaşamaqdan uzaqlaşdırır, amma yadda saxlamaq gərəkdir ki, bu gün bir daha geri qayıtmayacaq. Ona görə də gülüşümüzün, sevgimizin, sevinclərimizin dəyərini indi bilək” şərhini yazıb.
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ