İnsanlara hürriyət, millətlərə istiqlal!

Arxiv sənədləri: Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub

"Son günlər erməni mətbuatında çıxış edən bəzi tarixçilər Zəngəzurun guya heç vaxt Azərbaycana aid olmadığını iddia edərək saxta məlumatlar tirajlayırlar". 

Musavat.com xəbər verir ki, tarixçi alim Səbuhi Hüseynov bununla bağlı paylaşım edib: 

"Rəsmi arxiv materialları bu iddiaların əsassız olduğunu sübut edir. Sənədlərdə Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinə bağlı Gəncə quberniyası Zəngəzur qəza idarəsinin blankı mövcuddur. Bu fakt Zəngəzur qəzasında AXC dövlət orqanlarının fəaliyyət göstərdiyini aydın şəkildə ortaya qoyur. 

Tarixi mənbələr göstərir ki, Cümhuriyyət dövründə bölgədə inzibati idarəçilik məhz Azərbaycan dövlətinə məxsus olub. Bu isə Zəngəzurun hüquqi-siyasi baxımdan Azərbaycanın ayrılmaz parçası olduğunu bir daha təsdiqləyir".

Səbuhi Hüseynov qeyd edir ki, bu kimi sübutların geniş ictimaiyyətlə paylaşılması xüsusilə vacibdir.

 

Musavat.com

c9d113b9-f1bb-40c8-826e-63265a1d43e5.jpeg (72 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR