İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Avropa İttifaqını hədələdi: Bunu belə qoymayacam...  

ABŞ Avropa İttifaqının Google şirkətini 3,5 milyard dollar cərimələmək qərarına cavab olaraq tədbir görməyə məcbur olacaq. Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb: "Bu gün Avropa ABŞ-ın başqa bir böyük şirkəti olan Google-u 3,5 milyard dollar cərimə ilə vurdu. Bu, faktiki olaraq, Amerikada yeni iş yerlərinə və investisiyalara yatırılacaq pulları ələ keçirməkdir ".

Tramp bunun yolverilməz olduğunu qeyd edib: "Biz parlaq və görünməmiş Amerika ixtiraçılığına qarşı bunun baş verməsinə icazə verə bilmərik. Əgər belə olarsa, mən bu vergi ödəyən ABŞ şirkətlərinə tətbiq edilən ədalətsiz cəzaları neytrallaşdırmaq üçün 1974-cü il Ticarət Aktının 301-ci bölməsi üzrə icraata başlamağa məcbur olacağam" .

Qeyd edək ki, 301-ci maddə ABŞ prezidentinə ABŞ ticarətinə mənfi təsir göstərən və ya beynəlxalq müqavilələri pozan digər ölkələrin siyasətləri və ya hərəkətləri ilə mübarizə aparmaq üçün tariflərin artırılması da daxil olmaqla, bütün lazımi tədbirləri görmək səlahiyyətini verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR