İnsanlara hürriyət, millətlərə istiqlal!

Modi Nyu-Yorka getməyəcək

Hindistanın baş naziri Narendra Modi Birləşmiş Ştatlarla olan gərginliyə görə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasına qatılmayacaq.

Musavat.com xəbər verir ki, məlumatı "Hindustan Times" qəzeti yayıb.

Qəzetin qeyd etdiyinə görə, bu qərar ABŞ prezidenti Donald Trampın Rusiyadan neft almasına görə Hindistana qarşı cəza rüsumları tətbiq etməsindən sonra verilib.

Bundan əvvəl “The Times of India” qəzeti baş nazirin sentyabrın 26-da BMT Baş Assambleyasının sessiyasında çıxış edə biləcəyini yazmışdı. Düzəliş edilmiş məlumata görə, Nyu-York səfəri Modinin iş cədvəlinə hələ daxil edilməyib və yəqin ki, son anda ticarət danışıqlarında irəliləyiş baş verməsə və bundan sonra Trampla görüş təklifi gəlməsə, bu səfər də daxil edilməyəcək.

Qəzet belə bir inkişafı mümkünsüz hesab edir. Hindistanın baş naziri Nyu-Yorka getməyə qərar verərsə, bu, ABŞ prezidenti ilə ikitərəfli görüşün təşkili demək olacaq. Lakin indiki şəraitdə Hindistan hökuməti belə bir görüş üçün riskləri çox yüksək hesab edir. Həmçinin bildirilir ki, Tramp Modinin Kanadada keçirilən G7 sammitindən Vaşinqtona uçmamasından narazıdır. Buna ABŞ prezidentinin eyni vaxtda Pakistan ordusunun komandanının qəbul etməsi mane ola bilərdi.

Hazırda Hindistanın BMT Baş Assambleyasında xarici işlər naziri Subrahmanyam Caishankar tərəfindən təmsil olunması planlaşdırılır. Xarici İşlər Nazirliyi hələlik bu məlumatı təsdiqləməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR