İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün DƏHŞƏT BAŞLADI: 14 ölkə HƏRƏKƏTƏ keçdi, NATO-nun HƏDƏSİ baş tutur 

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp mövqelərini yaxınlaşdırmaq barədə razılığa gəliblər ki, bu da iki ölkə arasında münasibətlərə müsbət təsir edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya liderinin müşaviri Anton Kobyakov "RİA Novosti"yə müsahibəsində bildirib.

O, Şərq İqtisadi Forumu (EEF) çərçivəsində jurnalistlərə açıqlama verib.

"Bu çox mühüm hadisələrdən sonra prezidentimiz və Tramp mövqelərini bir-birinə yaxınlaşdırmaq, münasibətləri effektiv şəkildə yaxşılaşdırmaq barədə razılığa gəlib", - rəsmi bildirib.

Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında görüşüb. Liderlər arasında söhbət 2 saat 45 dəqiqə davam edib.

Amma NATO ölkələri də Rusiyaya qarşı hərəkətə keçib. Artıq onlar Ukraynaya qoşun göndərmək və Rusiyanın gücünü azaltmaq üçün əllərindən gələni edəcəklər. NATO-nun baş katibi Mark Ruttenin son bəyanatları bunu deməyə əsas verir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR