Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginlik fonunda İsrail hökuməti yeni humanitar addım atdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, ölkə Qəzzanın cənubunda, Xan-Yunis şəhərində xüsusi “humanitar zona” yaradıb.
“The Times of Israel”in məlumatına görə, bu ərazidə sahə hospitalları, su təchizatı və duzsuzlaşdırma qurğuları yerləşdiriləcək, həmçinin ərzaq, dərman və çadır təmin ediləcək. Yardımların koordinasiyası BMT və beynəlxalq təşkilatlarla birlikdə həyata keçiriləcək.
Bununla yanaşı, İsrail ordusu Qazanın şimalında əməliyyatlarını davam etdirir. Məqsəd HƏMAS-ın qalan mövqelərini nəzarətə götürməkdir.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ