İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa XİN polyakları Belarusu tərk etməyə çağırıb

Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski Belarusdakı həmvətənlərinə müraciət edərək, onları dərhal respublikanı tərk etməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözləri RMF24 radiostansiyası tərəfindən tirajlanıb.

“Belarus demokratik ölkə və Polşanın dostu deyil. İstərdim ki, bu xəbərdarlıqlar mümkün qədər ciddi qəbul edilsin", - diplomat bildirib.

O, vəziyyətin pisləşəcəyi təqdirdə Polşa vətəndaşlarının Belarusdan çıxarılmasının ya çətin, ya da qeyri-mümkün olacağını vurğulayıb.

Sentyabrın 4-də Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Polşa vətəndaşı Qjeqoj Haveli casusluqda şübhəli bilərək saxlayıblar. O, Vitebsk vilayətinin Lepel şəhərində nəzarətə götürülüb. Havelin yanında “Qərb-2025” Rusiya-Belarus təlimləri ilə bağlı məxfi sənədin fotosurəti olub.

Ertəsi gün Belarus Xarici İşlər Nazirliyi Polşanın respublikadakı müvəqqəti işlər vəkili Kşiştof Ozannanı çağırıb. Polşa vətəndaşının Belarus ərazisində casusluq aktı törətməsi ilə bağlı diplomata kəskin etiraz edilib və ona müvafiq nota təqdim olunub.

Bundan əvvəl Polşa Rusiya Federasiyası ilə birgə təlimlər keçirdiyi üçün Belarusa qarşı xüsusi tədbirlər görəcəyi ilə hədələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR