Onlayn ictimai-siyasi qəzet
Azərbaycan sərhədindən keçid edən bir rusiyalı səyyah öz təcrübəsini bölüşüb. Musavat.com xəbər verir ki, sərhəd prosesi onun üçün sürprizlərlə dolu olub.
Səyyah qadın bildirib ki, ilk dayanacaq Azərbaycan sərhədi olub. Sərhədçilər maşını açıb yoxlayıblar və içində çoxlu əşyalar olduğunu görüb:
“Dedilər, biz haraya düşdük? Mebel dolabına, yoxsa geyim şkafına? Bunlar mənim şəxsi əşyalarım idi. Sonra məni buraxdılar. Hər yerdə maşın sırasını gözləmədən keçirdim. Çox az adam üçün, əsasən yük maşınları üçün belə olur, amma mənim üçün bütün proses rahat keçdi”, – deyə səyyah bildirib.
O, həmçinin qeyd edib ki, gpmrükdən keçərkən cərimələnib – 60 dollar. "Bu qədər az olacağını gözlımirdim. Çünki 300 gün Bakıda qalmışdım. Vergilər üçün isə 35 manat ödədim."
Rus qadın daha sonra əlavə edib: “Bütün il ərzində Bakıya səyahət etdim və bircə yol cəriməsi belə almadım. Mən heç vaxt tələsmirəm, hər şey çox rahat və səmimi idi. İnsanlar çox mehribandır. Bakı insanları həqiqətən də özəl insanlardır. Bakı mənim ömürlük sevgimdir”, – deyə rus qadın bildirib.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ