İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu xəbərlə ÇALXALANIR - Aİ-95 yoxa çıxdı...

Rusiyanın paytaxtı Moskvada Aİ-95 markalı benzinin qıtlığı müşahidə olunur. Sakinlər bu səbəblə Аİ-92 markalı benzin almağa məcbur olurlar.

Musavat.com xəbər verir ki, məlumata görə, avqustun ortalarından etibarən paytaxtla yanaşı, bir sıra regionlarda Aİ-95 markalı yanacağın tədarükündə problemlər yaranıb.

Məlumata əsasən, hazırda Aİ-95 demək olar ki, Krım və Zabaykalye bölgəsindəki yanacaqdoldurma məntəqələrindən tamamilə itib.

Avqustun 20-də isə Primorye sakinləri əsrin əvvəllərindən bəri ilk dəfə bu qədər ciddi benzin çatışmazlığı ilə üzləşdiklərini bildiriblər. Region hökuməti yaranmış vəziyyəti turist axını ilə əlaqələndirib. 

Rəsmilər iddia edirlər ki, bütün yanacaq bazalarında 4–7 günlük ehtiyat mövcuddur.

Məlumata görə, yanacaqdoldurma məntəqələrində ehtiyat gözləniləndən tez tükəndiyi üçün çatdırılma prosesi çətinləşib. Artan yol hərəkəti sıxlığı və yollardan birində aparılan təmir işləri səbəbindən yanacağın daşınma müddəti 3–6 saata qədər uzanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR