İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Fazil Mustafa İslandiyaya 5:0 uduzmamıza: “Əllərindən gələni etdilər…”, yazdı

Musavat.com xəbər verir ki, 5 sentyabrda Azərbaycan milli komandası Dünya Çempionatı–2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya yığması ilə qarşılaşıb. Oyun yığmamızın 0:5 hesablı ağır məğlubiyyəti ilə başa çatıb.

Deputat Fazil Mustafa matçla bağlı sosial şəbəkədə kəskin ironik paylaşım edib. O yazıb ki, futbolçularımız oyuna başlamazdan öncə “əlimizdən gələni edəcəyik” sözünü vermişdilər:

“Əllərindən gələni söz verdikləri kimi etdilər! Əlləri ilə nə topa toxundular, nə də qol vurdular! 5:0 fikrimcə faciəli hesab deyil! Futbol idarəçiliyində beşcə nəfər futbol anlayan adam olmayanda hansı ağılla İslandiya səfərindən qələbə və ya heç-heçə gözləyirdiniz? Ancaq nədənsə futbolçularımız ayaqlarından gələni edə bilmədilər! Sadəcə ağlına gələnləri etdilər və sevindirici nəticə göz qabağındadır! Allahı sevərsiniz, növbəti oyunda ayağınızdan gələni etməyə söz verin!”.

Millimizin biabırçı məğlubiyyəti ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

AFFA-nın baş katibi oyundan sonra deyib ki, Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik. Sitat: "Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR