İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp dünyaca məşhur milyarderləri Ağ Evdə “soydu” – Zukerberq, Kuk, Nadella, Qeyts və Altman Donalda trilyonluq sərmayə vədi verdilər

Musavat.com xəbər verir ki, 4 sentyabr 2025-ci il tarixində Vaşinqtonda, Ağ Evdə ABŞ prezidenti Donald Tramp texnologiya nəhənglərinin rəhbərləri ilə tarixə düşəcək bir masa arxasına oturdu.

Görüşdə Meta rəhbəri Mark Zukerberq, Apple-ın CEO-su Tim Kuk, Google-un baş direktoru Sundar Pichai, Microsoft rəhbəri Satya Nadella, OpenAI baş icraçısı Sam Altman və Microsoft-un həmtəsisçisi Bill Qeyts iştirak edirdi. Tramp açıq şəkildə bəyan etdi ki, onun üçün əsas məsələ bu şirkətlərin ABŞ iqtisadiyyatına yatıracağı sərmayələrdir. Və nəticə həqiqətən də heyrət doğurdu: Apple və Meta hərəsi 600 milyard dollar, Google 250 milyard dollar, Microsoft isə 80 milyard dollara qədər illik investisiya vəd etdi.

Beləliklə, Ağ Ev masasında imzalanmış rəsmi müqavilə olmasa da, Trampın bircə axşam yeməyi qarşılığında dünyanın ən böyük şirkətlərini rekord miqdarda sərmayə vəd etməyə razı salması siyasi rəmz kimi tarixə düşdü. ABŞ mediası bu hadisəni tarixi iqtisadi sövdələşmə adlandırdı, bəzi şərhçilər isə zarafatla “Tramp Ağ Evdə dünyaca məşhur milyarderləri soydu” yazdı – çünki prezident sadəcə söhbət və diplomatik jestlərlə onların hərəsindən yüz milyardlarla dollar söz aldı. 

Diqqətçəkən məqamlardan biri İlon Maskın bu masada olmaması idi. Bu ilin əvvəlində Tramp ilə münasibətlərini kəskin şəkildə kəsən Tesla və SpaceX rəhbəri görüşə dəvət edilməmişdi. Onun boş qalan yerini isə süni intellekt yarışının yeni siması, OpenAI rəhbəri Sam Altman tutdu. Altmanın orada olması həm də süni intellektin dünya siyasətində və iqtisadiyyatında oynadığı rolun artmasının göstəricisi kimi dəyərləndirildi.

Tramp isə görüşdə texnologiya liderlərini “ən parlaq zəkalardan ibarət yüksək IQ qrupu” adlandıraraq onlara xüsusi hörmətini ifadə etdi. Onun sözlərinə görə, bu trilyonluq sərmayələr Amerikanı yenidən dünyanın ən güclü iqtisadiyyatı edəcək. Prezident bu öhdəliklərin yalnız iqtisadi deyil, həm də siyasi nəticələri olacağını, ABŞ-ın texnologiya və innovasiya sahəsində mövqeyini möhkəmləndirəcəyini bəyan etdi. 

d98490fe-3d95-4aa7-a13d-4cc894b4b38c.jpeg (239 KB)

Bu görüş bir tərəfdən ABŞ texnologiya sektorunun güc nümayişi, digər tərəfdən isə Tramp administrasiyasının biznes elitası üzərindəki təsirinin real göstəricisi oldu. Ağ Evdəki həmin masa yalnız böyük şirkət rəhbərlərinin bir araya gəlməsi deyildi, həm də ABŞ iqtisadiyyatının gələcək illərdəki inkişaf trayektoriyasının simvoluna çevrildi. Trampın siyasi üslubuna uyğun olaraq, bu tədbir həm təmtəraqlı, həm də sarkazm doğuran mənzərə yaratdı: dünya texnologiya milyarderləri bir-birinin ardınca prezidentin qarşısında trilyonlarla dollarlıq vədlər verirdi.
Musavat.com tədbirə dair TRT -nin rus dilində hazırladığı özət videonu da təüdim edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR