Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 5-də Almaniyanın Yulix şəhərində Avropanın ən sürətli superkompüteri, “Jupiter” sisteminin açılışı olub.
Musavat.com DW-yə istinadən xəbər verir ki, yeni nəsil kompüter süni intellektin inkişafı, böyük həcmli məlumatların modelləşdirilməsi və təhlilinə güclü təkan vermək üçün nəzərdə tutulub.
Yulix Araşdırma Mərkəzinin məlumatına görə, bu, Avropada saniyədə 1 trilyondan çox əməliyyat icra edə bilən ilk superkompüterdir. Bu göstərici təxminən 1 milyon müasir smartfonun gücünə bərabərdir.
Bildirilir ki, “Jupiter” kompleksi 2300 kvadratmetrdən çox ərazini əhatə edir və 50-dək konteyner modulundan ibarətdir. Hazırda dünya reytinqində sürətinə görə dördüncü yeri tutur.
Açılış mərasimində Almaniya kansleri Fridrix Merts və Şimali Reyn-Vestfaliyanın baş naziri Hendrik Vüst iştirak ediblər.
“Jupiter” sistemi bərpa olunan enerji mənbələri ilə işləyir və dünyada enerjiyə ən qənaətcil superkompüter kimi tanınır. O, açıq dil modellərinin hazırlanması, insan beyninin real simulyasiyalarının qurulması və iqlim üzrə genişmiqyaslı proqnozlar üçün istifadə ediləcək. Adı isə “Joint Undertaking Pioneer for Innovative and Transformative Exascale Research” ifadəsinin qısaltmasıdır.
Layihənin maliyyələşdirilməsi təxminən 500 milyon avro təşkil edir. Bunun yarısı EuroHPC JU ümumavropa təşəbbüsü çərçivəsində, qalan hissəsi isə Almaniya hökuməti və Şimali Reyn-Vestfaliya əyalətinin hakimiyyəti tərəfindən qarşılanır.
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ