İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Fitso ilə görüşdən sonra: Slovakiyaya Rusiya neft-qazını çatdırmayacağıq

Slovakiyanın baş naziri Robert Fitso Ujqorodda keçirilən görüşdə Ukrayna prezidenti Volodimir Zelenskiyə Vladimir Putinlə Çində baş tutan danışıqlar barədə məlumat verib.

Musavat.com xəbər verir ki, məlumatı Volodimir Zelenski öz Telegram kanalında açıqlayıb:

"Biz Fitso ilə əsas mövzuları müzakirə etdik, nəyin Ukrayna üçün, nəyin Slovakiya üçün əsas olduğunu. Mən ona ABŞ prezidenti Donald Trampla söhbətimiz, könüllülər koalisiyası liderləri ilə işləmək barədə məlumat verdim. Baş nazir Fitso Çindəki təmasları barədə danışdı. Bizim regionda iqtisadi, enerji və infrastruktur məsələlərində Slovakiya ilə ikitərəfli əməkdaşlığın xalqlarımızı, ölkələrimizi gücləndirməsi vacibdir”.

Qeyd edək ki, Zelenski Fitso ilə görüşündən sonra mətbuat konfransında bildirib ki, Ukrayna Rusiyadan Slovakiyaya neft və qaz tədarük etməyəcək: "Biz Slovakiya Respublikasının baş naziri cənab Fitso ilə enerji mövzusunda danışdıq. Biz Slovakiyaya qaz və neft tədarük etməyə hazırıq, bir şərtlə ki, bu, Rusiya qazı və ya Rusiya nefti olmasın. Məsələ bu qədər sadədir".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR