İnsanlara hürriyət, millətlərə istiqlal!

Leysan yağışları ilə bağlı Daşkəsənin Alaxançallı kəndindəki son vəziyyət

Daşkəsən rayonuna, o cümlədən Alaxançallı kəndi ərazisinə qısamüddətli leysan xarakterli yağış yağıb. Kənddən keçən Gəncə çayında su çoxalıb.

Bu barədə "Report"a rayonun Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramov məlumat verib.

O bildirib ki, kənddən keçən Gəncə çayında su çoxalıb, hazırda hər hansı təhlükəli vəziyyət müşahidə olunmur:

"İntensiv yağış fəsad törətməyib. Ərazidə həyat normal axarında davam edir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR