Onlayn ictimai-siyasi qəzet
Polşa ordusu İran istehsalı olan "Shahed-136" tipli pilotsuz uçuş aparatına bənzər yeni kamikadze dronunu təqdim edib.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, yeni sistem" PLargonia" adlanır.
Məlumata görə, "PLargonia" əsasən hava hədəflərinə qarşı nəzərdə tutulub, lakin 20 kiloqramlıq döyüş başlığı ilə kamikadze dronu kimi də istifadə edilə bilər. Dronun uçuş məsafəsi 900 kilometr təşkil edir.
Xatırladaq ki, İran istehsalı olan "Shahed-136" dronları xüsusilə Ukrayna müharibəsində geniş şəkildə istifadə olunub və Rusiya ordusunun əsas PUA vasitələrindən biri sayılır.
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ