Onlayn ictimai-siyasi qəzet
Müğənnilərimizin albom çıxarmadığı bir vaxtda HITMAKER Murad Arif 10 trekdən ibarət yeni albomunu təqdim edib.
Musavat.com-un xəbərinə görə, sənətçi albomda Kamera Orkestrinin müşayiəti ilə ötən əsrin şlyagerlərinə yeni nəfəs verib.
Albom “Nostalgiya” adlanır və aranjemanların əksəriyyəti Nərgiz Əliyevaya məxsusdur. Albomda Elza İbrahimova, Andrey Babayev, Nüşabə Muradova, Emin Sabitoğlunun əsərləri yer alıb.
Bu albomu Murad Arif valideynlərinə həsr edib:
““Nostalgiya”nı valideynlərimə həsr edirəm. Onların sayəsində kəşf etdiyim nəğmələrə və ifalara rəğbətimi və sayğımı bu albomla ifadə edirəm. Ümid edirəm ki, yaşlı nəsil başda olmaqla, bu musiqini dəyərləndirən hər kəs öz dünyasını bu albomda tapacaq.
Düşünürəm ki, bu mahnıları orijinal ruhda yenidən dinləmək zövq verər. Sevgilərimlə yeni albomumu təqdim edirəm”.
Qeyd edək ki, albom bütün rəqəmsal platformalarda artıq onlayndır. Albomun çıxış mahnısı ölməz əsər “Nazəndə sevgilim”dir. Əsərə süni intellektlə video hazırlanıb. Video artıq sənətçinin yutub kanalına yerləşdirilib.
Könül
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ