Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Xarici İşlər Nazirliyi baş nazirin müavini, XİN rəhbəri Murat Nurtleunun yeni fotosunu dərc edib.
Musavat.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Murat Nurtleu “Harvest Group” şirkətinin nümayəndəsi Almaz Alsenovla görüş keçirib.
Xatırladaq ki, sentyabrın 4-də “ORDA” nəşri Murat Nurtleunun saxlanıldığını yazıb. Nəşrin məlumata görə, yalnız nazir yox, həmçinin iş adamı Hacı Hacıyev və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) bəzi yüksək vəzifəli əməkdaşları da həbs olunub. Nəşr bu iddianı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən dərc edib.
Elə həmin gün KNB yayılan xəbərləri təkzib edərək, əməkdaşlarının saxlanılması barədə məlumatı əsassız adlandırdı. Qurum ictimaiyyətə xatırladıb ki, yalan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb ola bilər.
Bundan əlavə, Qazaxıstanın informasiya naziri Aida Balayeva da XİN rəhbərinin saxlanılması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ