Onlayn ictimai-siyasi qəzet
Brüssel Rusiyaya qarşı sərt addım atmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, Avropa Komissiyası Rusiyadan enerji resurslarının idxalını tamamilə dayandırmağı planlaşdırır.
Avropa Komissiyasının energetika üzrə üzvü Dan Yorgensen bildirib ki, məqsəd mümkün qədər tezliklə Rusiyadan enerji asılılığından qurtulmaqdır. O əlavə edib ki, bu qadağa müharibə başa çatsın ya bitməsin, daimi olacaq: “Bu müvəqqəti sanksiyalar deyil, bu, daimi qərardır. Qəbul edildikdən sonra Avropa bir daha Rusiyadan bir molekul qaz belə almayacaq”.
Yorgensen həmçinin vurğulayıb ki, Avropa üçün Rusiyadan enerji asılılığından qurtulmaq prioritet məsələdir.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ