İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan sensasion məğlubiyyət - İspaniya və Belçikadan böyük qələbə

Dünən keçirilən oyunlarda seçmə mərhələnin gərginliyi davam edib. Günün ən böyük sürprizi Almaniyanın Slovakiyaya 0:2 hesabı ilə uduzması oldu.

Musavat.com xəbər verir ki, İspaniya Bolqarıstanı 3:0 hesabı ilə məğlub edərək rahat qələbə qazanıb, Belçika isə Lixtenşteyni 6:0 darmadağın edib.

Uels səfərdə Qazaxıstan üzərində minimal hesabla qalib gəlib - 1:0.

Digər oyunlarda Türkiyə Gürcüstanı 3:2 hesabı ilə məğlub edib, Polşa və Niderland 1:1 bərabərə qalıb. Şimali İrlandiya Lüksemburqa 3:1 qalib gəlib, Litva ilə Malta isə 1:1-lik heç-heçə ilə kifayətləniblər.

Nəticələr qruplarda mübarizəni daha da gərginləşdirib və gələcək qarşılaşmaların əhəmiyyətini artırıb.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR