İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın illərdən sonra Təbrizə ilk reysi - MÖHTƏŞƏM QARŞILANMA - VİDEO

Xəbər verdiyimiz kimi Azərbaycan və İran arasında hava əlaqələri yeni mərhələyə qədəm qoyub.

Musavat.com xəbər verir ki, bir neçə ildən sonra ilk dəfə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı–Təbriz–Bakı istiqamətində birbaşa reys həyata keçirib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial şəbəkədə bildirib ki, bu addım Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşıb. Onun sözlərinə görə, ilkin mərhələdə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

Səfir həmçinin qeyd edib ki, şənbə günündən etibarən Bakı–Tehran–Bakı marşrutu üzrə də AZAL-ın reysləri bərpa olunacaq.

Bu hadisə Azərbaycanla İran arasında əlaqələrin güclənməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR