Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya ilə Rusiya arasında gərginlik artır.
Musavat.com xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi Britaniya hökumətinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım məqsədilə istifadə etməsini qanunsuz adlandırıb.
Səfirlik bəyan edib ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili etiraf edib: hökumət 1 milyard funt sterlinqdən artıq vəsaiti “öz mülahizəsinə uyğun” olaraq Ukraynaya silah alınmasına yönəldib.
Rusiya tərəfi bu addımı “başqasının əmlakının cinayətkarcasına müsadirəsi” kimi qiymətləndirərək, bunun Londona beynəlxalq arenada, xüsusilə də xarici investorların gözündə ciddi zərbə vurduğunu qeyd edib.
Bəyanatda həmçinin vurğulanıb: “Britaniya hökuməti anlamalıdır ki, Rusiyanın maraqlarına qarşı hər hansı düşmən addımı cavabsız qalmayacaq”.
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ