İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər evlənməmək üçün bunu bəhanə edir, amma... – Psixoloq gerçəkləri AÇIQLADI

Azərbaycanda evlilik yaşına çatmış gənclərə tez-tez verilən “Niyə evlənmirsən?” sualı adətən eyni cavablarla qarşılanır: “Yaxşı oğlan yoxdur”, “Yaxşı qız yoxdur”. Lakin bu cavablar həqiqətən vəziyyəti əks etdirir, yoxsa sadəcə sosial bəhanədir? Gənclərin “yaxşı tərəfdaş axtarışı” nə dərəcədə real səbəbdir və nə qədər idealist düşüncədir?

Psixoloq Samirə Bağırova məsələni “Yeni Sabah”a belə şərh edib:

“Valideynlər üçün yaxşı qız və ya yaxşı oğlan düşüncəsi, yeni nəsli öz zamanı ilə müqayisə etməsindən yaranır. Keçmiş nəsil üçün çox faiz insanların düşüncəsinə görə “ yaxşı qız “ ərə gəlib qaynana və qaynataya xidmət edən, adətən təhsilsiz, işləməyi tələb etməyən, öz fikri olmayan, uşaqların, ərin, ev sakinlərinin xidmətində duran və əlindən hər iş gələn obraz idi. “ Yaxşı oğlan “ içməyən, çəkməyən, maaşı valideynlərə verən, valideyn səhv olsa belə yalnız onlara tərəfkeşlik edən, yetişkin yaşda olsa da, böyüksüz məsləhətsiz müstəqil qərar qəbul etməyə cəsarəti olmayan kişi obrazı idi. Ümumilikdə adına böyük- kiçik yeri bilən deyilirdi. Əslində isə bu valideynlərin özünəməxsus gözləntilərinin reallaşmasının yaxşı tərəfi idi. Dəyərlərin dəyişməsi fikirlərin dəyişməsi deməkdir. Fikir dəyişdikcə qaydalar da dəyişməyə başlayır”.

Müsahibimiz qeyd edib ki, əvvəllər ailə qurmaq vacib məsələ sayılırdı,indi isə fərdi inkişaf,karyera,sərbəstlik ön plana keçir:

“Gənclər arasında “ yaxşı və pis partnyor “ anlayışı isə artıq ideal həyat yoldaşı axtardığı üçün problem yaranır. Özünü inkişaf elətdirdikcə beynində ideal bir obraz yaranır və bu obraz reallıqla uyğun gəlmədikdə narazılıq yaranır.Digər səbəblərdən biri valideynlər övladına yüksək gözləntilərlə yanaşır və özlərinə layiq gəlin yaxud nişanlı uyğun görə bilmədiyindən seçimləri daraldır. Digər səbəb qorxulardan yarana bilər. Cəmiyyətdə boşanmalar, xəyanətlər kimi hadisələri görüb məyusluq hissinə qapanmaq. Eləcə də, qərar vermək, seçim etmək səhv etmək qorxusu psixoloji qorxulara bağlı olan səbəblərdəndir. Əslində doğru partnyor seçimi insanın özü ilə olan məsələdir. Özünü daha yaxşı tanımaq,münasibətdə nə istədiyini dəqiq bilməsidir. Valideynlər isə idealist yanaşmadan çəkinməlidir. Hər zəmanədə yaxşı və pislər mövcuddur. İnsanlar bir- birinin güzgüsüdür. Həyatımıza aldığımız şəxs ya dərs olur, ya da dost. İnsan var min yaxşının içindən gözü bir pisi görür. İnsan da var min pisin içindən bir yaxşını görür. Yəni məsələdə ətrafda deyil, insanın özündədir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR