Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın "Tesla" şirkəti baş direktoru İlon Mask üçün yeni kompensasiya mükafatı planı təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu mükafat misli görünməmiş 1 trilyon dollar dəyərində ola bilər.
Şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənəddə yeni planın detalları ilə tanış edib. Plan 10 illik dövrü əhatə edir və şərtlər yerinə yetirildikdə Mask şirkət səhmlərinin 25%-inə nəzarət edə biləcək.
Əsas şərt isə şirkətin bazar dəyərinin artmasıdır.
Sənəddə qeyd olunur: "2018-ci ildə İlon Maskdan gözlənilən "Tesla"nın dəyərinin milyardlarla dollar artması idi. 2025-ci ildə isə gözləntilər trilyonlarla dollar artır. Dəqiq desək, o, mükafatı qazanmaq üçün səhmdarlar üçün təxminən 7,5 trilyon dollar əlavə dəyər yaratmalıdır".
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ