İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tottenhem"də böyük dəyişiklik

İngiltərə Premyer Liqasının ən tanınmış rəhbərlərindən biri - "Tottenhem Hotspur" klubunun prezidenti Daniel Levi istefa verib.

Musavat.com xəbər verir ki, bu qərar klub rəhbərliyində böyük dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.

Levi 2001-ci ildən bu vəzifəni icra edirdi və təxminən 25 illik fəaliyyəti ərzində Premyer Liqanın ən uzunmüddətli rəhbərlərindən biri olub. Onun dövründə "Tottenhem" müasir stadion və təlim bazası inşa edib, həmçinin Avropa arenasında mühüm uğurlar qazanıb. 2008-ci ildə Liqa Kubokunun, 2024-cü ildə isə Avropa Liqasının qalibi olub.

Bununla belə, Levinin transfer siyasəti və titul qıtlığı səbəbindən azarkeşlər arasında tənqidlər də çox idi. Klub bir neçə dəfə final mərhələlərinə qədər yüksəlsə də, Premyer Liqa və Çempionlar Liqasında gözlənilən nəticələri əldə edə bilməyib.

Levinin gedişindən sonra klubun yeni rəhbər heyəti müəyyənləşib. Peter Çarrinqton prezident postuna gətirilib, icraçı direktor vəzifəsinə isə keçmiş "Arsenal" rəhbəri Vinai Venkatesham təyin olunub.

"Tottenhem" rəhbərliyi bu dəyişikliklərin klubun idarəetmə modelini gücləndirəcəyini, daha sabit və uğurlu bir dövrün başlanğıcı olacağını bildirib.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR