Onlayn ictimai-siyasi qəzet
Husilər İranın dəstəyi ilə kimyəvi silahlar istehsal etməyə başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə Yəmənin informasiya naziri Müəmmər əl-İryani Əmirliyin “The National” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İran husilərin nəzarətində olan ərazilərə kimyəvi silahların istehsalı üçün istifadə edilən zəhərli qazlar və materialların partiyalarını qaçaqmalçılıq yolu ilə keçirmiş ola bilər.
Bu, Yəmən hakimiyyətinin ilk belə ittihamıdır.
Nazir əlavə edib ki, hökumətin qiymətləndirməsinə görə, husilər artıq zəhərli materiallar hazırlamağa başlayıblar və onları ballistik raketlərə və pilotsuz uçuş aparatlarına quraşdırmağı planlaşdırırlar. Bu məlumatlar bir neçə “etibarlı mənbə”nin kəşfiyyat məlumatlarına əsaslanır.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ