İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Trampın tələbini rədd etdi: “Rusiyadan neft alacağıq”

ABŞ-Hindistan münasibətlərində yeni gərginlik yaşanır.

Musavat.com xəbər verir ki, Hindistan hökuməti prezident Donald Trampın Rusiyadan neft idxalını dayandırmaq tələbinə açıq şəkildə “yox” cavabı verib.

"Bloomberg" yazır ki, Hindistanın maliyyə naziri Nirmala Sitxaraman ABŞ-ın 50 faizlik tariflərinə baxmayaraq, Dehlinin Rusiyadan neft alışını davam etdirəcəyini bəyan edib.

Nazir bildirib: “Neft idxalı bizim ən iri xərclərimizdən biridir. Onu haradan almağımıza isə yalnız biz qərar veririk. Bizim üçün daha sərfəli olan yerdən alacağıq və əlbəttə ki, almağa davam edəcəyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR