Onlayn ictimai-siyasi qəzet
Sülh imzalanmış sənədlərlə deyil, real güc balansı ilə müəyyən olunur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın revanşist “AyaKve” hərəkatının bəyanatında yer alıb.
“Əgər real güc balansını öz xeyrinə dəyişməmisənsə, sülhdən danışmaq sadəcə seçkiqabağı təşviqatdır. Paşinyanın öz tərəfdarlarına ünvanladığı son mesajları da eyni mahiyyət daşıyır – bunlar seçkiqabağı vədlərdir, amma heç bir halda sülh deyil.
“Paşinyan deyir ki, guya biz Qarabağ məsələsindən imtina edir və bunun müqabilində sülh əldə edirik. Halbuki bu məntiqlə Ermənistan məsələsindən 30 il əvvəl də imtina edib “sülh qazana” bilərdi”,-deyə bəyanatda qeyd olunub.
Sonda “AyaKve” hərəkatı bir daha erməniləri savaş çağırışına səsləyib. Onlar illərlə guya bundan geri çəkilmədiklərini bildiriblər. Hərəkat iddia edir ki, bu məsələ ermənilərin “kimlik məsələsi”dir.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ