İnsanlara hürriyət, millətlərə istiqlal!

Overçukdan Bakı və İrəvanaşifrəli mesaj - Açması...

Rusiya narazı qaldığını gizlədə bilmir

“Rusiya regionda sülhün möhkəmlənməsinə töhfə hesab etdiyi Azərbaycan və Ermənistan arasında imzalanmış sazişə ehtiyatlı nikbinliklə yanaşır”. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. 

O, Bakı ilə İrəvan arasında imzalanmış sazişi sülhün möhkəmlənməsinə sərmayə adlandırıb. “Biz Ermənistan və Azərbaycan arasında ilkin razılaşmaya çox ehtiyatlı nikbinliklə baxırıq. Bu, həm də böyük Avrasiya regionumuzda sülhün möhkəmlənməsinə mühüm töhfədir”, - o deyib.

Rusiyalı məmur “ehtiyatlı nikbinlik” ifadəsi ilə nəyə işarə vurur - Moskvanın gizli narazılığına? 

Hamı anlayır ki, sülhə alternativ yoxdur - Overçuk | Modern.az

Qeyd edək ki, Overçukdan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 10 noyabr üçtərəfli sənədin aktuallığını saxladığını bildirib. Bu bəyanatlar isə Rusiyanın hələ də 8 avqust anlaşması ilə barışa bilmədiyini göstərir. Halbuki Moskvadan başqa heç bir tərəf bu razılaşmaların dayanıqlı olacağına şübhə etmir. Rusiya isə Ağ Evdə əldə olunan razılaşmanın pozulmasında maraqlı olduğu hiss olunur. 

Yada salaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan artıq Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Paşinyan deyib ki, noyabrın 10-na qayıtmağa ehtiyac yoxdur: “10 noyabr 10 noyabrda qaldı”. 

Overçukun açıqlamasını necə oxuyaq?

Yusif Bağırzadə: Xalqımız kimin kim olduğunu yaxşı bilir- ÖZƏL

 Yusif Bağırzadə 

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat” bildirdi ki,  Rusiya tərəfi nə etsə də, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından, eləcə də iki dövlət arasında əldə edilən razılaşmalardan narazı olduğunu gizlədə bilmir. Overçukun Rusiyanın Azərbaycan və Ermənistan araslnda paraflanmış sülh sazişinə “ehtiyatlı nikbinlik”lə baxdığını deməsi də əslində bunun bariz sübutudur: “Uzun illər ərzində Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişəyə tərəflərə təsir etmək imkanı kimi baxan Rusiya, 44 günlük savaşdan sonra Xankəndi və ətrafındakı separatçı rejimin qalıqlarını öz qanadı altına alaraq onların mövcudluğunu davam etdirməsi və bununla da öz maraqlarını təmin etmək üçün əlindən gələn hər şeyi etdi. Separatçı rejimə silah tədarükü, pasport paylanması, məişət şəraitlərinin yaxşılaşdırılması və s. bunun bariz sübutudur. Lakin bir neçə gündən sonra ikinci ildönümünü qeyd edəcəyimiz antiterror tədbirlərindən sonra vəziyyət dəyişdi. Rusiya istəməsə də ”sülhməramlı" adı ilə ərazilərimizə yerləşdirdiyi qoşunlarını çıxarmaq məcburiyyətində qaldı və tək ümidi Zəngəzur dəhlizinə nəzarət imkanı əldə etməklə yenə də region ölkələri üzərində təsir imkanlarını saxlamaq oldu. İndi Rusiya bu imkanı əldə etmək və əldən buraxmamaq uğrunda mübarizə aparır".

Politoloq qeyd etdi ki, əslində 8 avqsut Vaşinqton razılşması Rusiyanın bu arzusunu həyata keçirməsinin qarşısını alıb: “Buna görə də hər keçən gün təsir imkanlarını itirən Rusiya aqressivləşməyə başladı. Yekaterinburq hadisələri, iş adamlarımıza və diaspor təşkilatlarımıza edilən hücumlar, Odessada SOCAR-a məxsus obyektlərin, səfirliyimizə yaxın ərazilərin hədəfə alınması da bir tərəfdən aqressivlik əlaməti idisə, digər tərəfdən də təsir imkanlarını itirməkdən doğan acizliyin göstəricisi idi. Bu da fayda vermədiyi üçün indi Rusiya tərəfi əldə olunan razılşamaları sülhün əldə edilməsi üçün töhfə adlandırır, amma bir tərəfdən də narazılığını gizlədə bilmədiyi üçün buna ehtiyatlı nikbinliklə baxdığını deyir. Bu, əslində, Overçukun timsalında rəsmi Kremlin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına olan narazılığının etirafı kimi qəbul olunmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR