Onlayn ictimai-siyasi qəzet
G20 ölkələrinin Cənubi Afrikada keçiriləcək sammitində ABŞ-ı vitse-prezident J.D.Vens təmsil edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Ağ Evdə jurnalistlərə ABŞ prezidenti Donald Tramp açıqlayıb.
O, jurnalistlərin suallarını cavablandırarkən “mən getmirəm, J.D.Vens gedir” deyib.
Qeyd edək ki, Tramp CAR-ı ölkə ərazisində yaşayan ağdərili insanları sıxışdırmaqda ittiham edirdi. O, bu səbəbdən CAR-da keçiriləcək G20 sammitinə ABŞ-dan heç kimin getməyəcəyini elan etmişdi. CAR prezidenti Kiril Ramafosa may ayında Vaşinqtona gedərək onunla görüşdü. Görüş zamanı Tramp onunla da jurnalistlərin qarşısında mübahisə etsə də, sonrakı danışıqlarda müəyyən razılaşma əldə olundu.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ