Onlayn ictimai-siyasi qəzet
“And içirəm ki, Bakıda nə baş verdiyini başa düşmədim. Biz bir iş üçün getmişdik. Məsələn, demişdilər ki, bu acılı sousu yeyəcəksiniz. Sonra təşkilatçılar dedilər ki, onu da yeyəcəksiniz, bunu da yeyəcəksiniz, onu da paylaşacaqsınız".
Musavat.com xəbər verir ki, bu sözləri türk influenser Danla Biliç sosial media hesabında yaydığı videoda deyib. O, ötən il Azərbaycanda yaşadığı hadisəylə bağlı izləyicisinin “O hadisədən sonra yenidən Azərbaycana gəlməyi düşünürsən” sualını cavablandırıb:
"Bizim adımızdan 50 markaya söz verilib, heç nədən xəbərimiz yoxdur. Geyinib paylaşmağımız üçün paltarlar tikilirmiş, xəbərimiz yox idi. Sonra bunları etməyəndə dedilər ki, guya azərbaycanlılara “heyvan” demişəm. Harada və niyə demişəm? Bakıya neçənci dəfədir gedirdim, niyə deyim? Belə mənasız idi, orada nə olduğunu anlamadım”.
Könül
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ