Onlayn ictimai-siyasi qəzet
“ABŞ Rusiya və Hindistanı itirdi”. Bunu sosial media hesabında ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
Tramp Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və Hindistan Baş naziri Narendra Modinin birlikdə fotosunu paylaşaraq, ABŞ-nin Moskva və Dehlini itirdiyini bildirib.
ABŞ lideri Rusiya, Hindistan və Çinə birlikdə “uzun və xoşbəxt gələcək” arzulayıb. “Deyəsən, Hindistan və Rusiyanı itirdik, qaranlıq və dərin Çin onları qapdı”, - Tramp qeyd edib.
“Vladimir Zelenski və Kiyev nümayəndələri Moskvaya gəlməyə qərar verərsə, onlara təhlükəsizlik zəmanəti verməyə hazırıq”.
Bunu isə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib. Rusiya lideri Kiyevin təklif etdiyi yerlərdə görüşün keçirilməsi ilə bağlı çağırışları da nəzərdən keçirdiyini bildirib.
Gündəmdə digər mövzu Bakı-Moskva əlaqələridir. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumat və Azərbaycan-Rusiya münasibətlərindən danışan XİN rəsmisinin sözlərinə görə, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır:
“Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir.
Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Heydər Oğuzla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ