Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ilə mümkün bir müharibəyə hazır deyil.
Musavat.com "Yeni Şafak"a istinadən xəbər verir ki, bunu istefada olan İsrail polkovniki Eran Lerman ölkəsinin hərbi imkanları ilə bağlı açıqlama verərkən bildirib:
“Biz Türkiyə kimi böyük bir ordu ilə müharibəyə qətiyyən hazır deyilik. Ümid edirəm ki, heç vaxt o nöqtəyə çatmayacağıq".
Polkovnikin sözlərinə görə, məhdud imkanlara baxmayaraq, İsrailin istedadlı və cəsur donanması var.
O, həmçinin ölkəsinin havada gücünün üstün olduğunu bildirib:
"Təbii ki, Türkiyənin quru qoşunları çox böyükdür və biz onlarla heç vaxt münaqişəyə girməməliyik”.
Lerman əlavə edib ki, İsrail və Türkiyə arasında açıq toqquşma baş verməməsi üçün bütün imkanlardan istifadə olunmalıdır:
“Bu oyun Suriyada proxy döyüşləri şəklində davam edəcək. Lakin türklərlə birbaşa müharibədən qaçmaq üçün mümkün olan hər şeyi etməliyik”.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ