İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Moskvaya sərt cavab: “AZAL təzminatı ilə dövlətlərarası məsələni qarışdırmayın”

Azərbaycanla Rusiya arasında AZAL təyyarəsi ilə bağlı gərginlik dərinləşir.

Musavat.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın son açıqlamasına cavab olaraq bəyanat yayıb.

Nazirlik bildirib ki, Moskvanın reaksiyası “təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti də çaşdırır”.

Qeyd olunub ki, AZAL və sərnişinlərə sığorta şirkəti tərəfindən ödəniləcək məbləğ ilə Azərbaycanın Rusiyadan tələb etdiyi dövlət kompensasiyası tamamilə fərqli məsələlərdir.

XİN-in açıqlamasına görə, sığorta ödənişləri artıq 6 aydır davam edir və bu, sırf müqavilə öhdəliklərinin yerinə yetirilməsidir. Təyyarənin Rusiyada sığortalanmasına gəlincə, beynəlxalq şirkətlərin bu ölkədə fəaliyyət göstərmədiyi üçün məcburi şəkildə yerli sığorta şirkəti seçilib.

“Bu səbəbdən, sığorta ödənişlərini dövlətlərarası kompensasiya ilə eyniləşdirmək doğru deyil”, – Azərbaycan XİN vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR