Onlayn ictimai-siyasi qəzet
Vəkillik fəaliyyəti dayandırılmış və həbs edilmiş Adəm Məmmədov azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, Adəm Məmmədovun 6 aylıq cəza müddəti başa çatıb və azadlığa buraxılıb.
Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 5 ay müddətinə islah işləri cəzası verilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib.
İ.Muradov
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ