İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Azərbaycana SƏSLƏNDİ: "Həbsdə olan rus vətəndaşları..." - Bakı BU TƏLƏBİ QƏBUL ETMƏDİ...

ARB24 telekanalının canlı efirində aparıcı Jalə Həsənlinin təqdimatında "Nə baş verir?" layihəsinin qonağı olan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Rusiya XİN sözçüsü Mariya Zaxarovanın son açıqlamarını şərh edib. 

Musavat.com-un xəbərinə görə, Zaxarova son açıqlamasında bildirib ki, Bakıda həbs olunan rusiyalıların azad edilməsi Moskva-Bakı münasibətlərinin normallaşması üçün mühüm addım ola bilər.

Rauf Arifoğlu çıxışı zamanı vurğulayıb ki, Zaxarova bu şərti artıq ikinci dəfədir səsləndirir: 

"Azərbaycanın haqlı bir tələbi var. Bu tələb Azərbaycan Prezidenti tərəfindən dəfələrlə vurğulanıb. Rusiya tərəfi üzr istəməli və kompensasiya ödəməlidir. Bunları etmək əvəzinə Mariya Zaxarova gülməli açıqlamalar verir".

Proqramda iki ölkə arasındakı münasibətlərin indiki vəziyyəti və perspektivləri geniş şəkildə müzakirə olunub. Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun Azərbaycan-Rusiya əlaqələrinə dair son açıqlamalarına da toxunulub.

Sözügedən verilişi təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR