Onlayn ictimai-siyasi qəzet
Bu həftəsonu - 6–7 sentyabr tarixlərində bəzi bürclər üçün xoş sürprizlər və uğurlu hadisələr gözlənilir.
Musavat.com xəbər verir ki, bu həftəsonu xüsusən şəxsi münasibətlər, maliyyə imkanları və yeni başlanğıclar baxımından bir sıra bürclər digərlərindən daha çox şanslı olacaq. Ulduzların düzülüşü onlara həm enerjili olmağı, həm də istəklərini reallaşdırmaq imkanı qazandıracaq.
Astroloqların proqnozlarına əsasən, həftəsonunun ən uğurlu bürcləri aşağıdakılardır:
Qoç – Enerjiniz artacaq, istədiyiniz işlərdə irəliləyiş əldə edə biləcəksiniz. Gözlənilməz dəvət və ya maraqlı görüş sizi sevindirəcək.
Şir – Həftəsonu planlarınız uğurla həyata keçəcək. Yaxınlarınızdan dəstək alacaq, özünüzü diqqət mərkəzində hiss edəcəksiniz.
Tərəzi – Balans tapmaq və münasibətləri gücləndirmək üçün əlverişli vaxtdır. Yeni tanışlıqlar sizə gələcəkdə fayda gətirə bilər.
Oxatan – Səyahət, əyləncə və sosial fəaliyyətlər üçün ideal günlərdir. Həm əhvalınız yüksələcək, həm də yeni imkanlarla qarşılaşa bilərsiniz.
Balıqlar – İntuisiyanız güclənəcək, verdiyiniz qərarlar sizi uğura aparacaq. Xüsusən şəxsi münasibətlərdə gözlənilməz xoş hadisələr mümkündür.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ