Onlayn ictimai-siyasi qəzet
Dünyanın ərzaq təhlükəsizliyi gündəminin ön sıralarında olduğu bir vaxtda mühüm saziş imzalanıb.
Musavat.com xəbər verir ki, İsrail və Moldova buğda istehsalı sahəsində strateji əməkdaşlıq barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, İsrail toxum və qabaqcıl aqrotexnologiya təqdim edəcək, Moldova isə torpaq, su və işçi qüvvəsi ilə prosesə töhfə verəcək. Layihənin əsas məqsədi İsrailin ərzaq təhlükəsizliyini möhkəmləndirmək və taxıl tədarükünü sabitləşdirməkdir.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ