Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumu (VEF) çərçivəsində keçirilən plenar iclasda Uzaq Şərq bölgəsində genişmiqyaslı infrastruktur və turizm layihələrinin həyata keçiriləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Rusiya prezidentinin sözlərinə görə, Rusiya ilə Şimali Koreyanı birləşdirəcək Tuman çayı üzərindən körpü gələn il istifadəyə veriləcək.
Putin həmçinin qeyd edib ki, bölgədə inşa ediləcək digər körpülər nəqliyyat-logistika mərkəzləri kimi fəaliyyət göstərəcək.
Bundan başqa, Primorye, Saxalin və Kamçatkada 12 mövsümqapalı kurortun inkişaf planları hazırdır. Layihələrin həyata keçirilməsi nəticəsində turistlərin sayının iki dəfə artacağı gözlənilir.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ