İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda iğtişaş: Polis "bayraq" açan Qarabağ ermənisini küçədə sürüdü – VİDEO

İrəvanda diqqətçəkən və bir o qədər də manidar hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl şəhərin mərkəzi meydanında yaşlı bir Qarabağ ermənisi qondarma “artsax bayrağı” adlanan əski parçasını qaldırmaq istəyib. Lakin polis dərhal müdaxilə edərək buna imkan verməyib və həmin şəxsi meydandan zorla uzaqlaşdırıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Kadrlarda yaşlı şəxsin əlində “bayraq”la polis tərəfindən sürükləndiyi açıq görünür.

Bir vaxtlar Ermənistan küçələrində hər yeri həmin bayraqla bəzəyən, “artsax hərəkatı” deyə özünü yırtan dairələr indi onun qaldırılmasına belə dözümlü yanaşmır. Bu isə son dövrlərdə Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşma proseslərinin fonunda diqqətçəkici bir siqnal kimi dəyərləndirilir.

Ekspertlər qeyd edirlər ki, Ermənistan polisinin “artsax bayrağı” adlandırılan əski parçasının meydanda açmağa imkan verməməsi, Baş nazir Nikol Paşinyanın özü tərəfindən də dəfələrlə vurğulanan “artsax məsələsinin bitməsi” fikrinin reallıqda tətbiqinə işarədir.

Hadisə həm Ermənistanın daxili siyasi dinamikalarının dəyişdiyini, həm də Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallığın artıq İrəvanın mərkəzində belə özünü göstərdiyini açıq şəkildə nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR