Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyi Vaşinqtonda 8 avqustda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya münasibət bildirib.
Musavat.com xəbər verir ki, qurumun açıqlamasında sazişin tərəflər arasında sülh prosesində əhəmiyyətli dönüş nöqtəsi olduğu vurğulanıb. Aİ razılaşdırılmış müddəaların vaxtında icrasının, sülh sazişinin imzalanması və təsdiqlənməsinin vacibliyinə diqqət çəkib.
Məlumatda həmçinin qeyd olunub ki, bu razılaşma mart ayında keçirilən danışıqların davamı kimi qiymətləndirilir və iki ölkənin münasibətlərinin normallaşması istiqamətində mühüm addım hesab olunur. Sazişin əsasında 1991-ci il Almatı Bəyannaməsində təsbit olunmuş suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipləri dayanır.
Bununla yanaşı, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə dəstəyini davam etdirəcəyini açıqlayıb. Sənədə Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San Marino, Serbiya, Ukrayna və Böyük Britaniya da qoşulub.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ