Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Çinlə qaz əməkdaşlığı mövzusuna toxunaraq qiymətlərin formalaşma mexanizmini izah edib.
Musavat.com-un xəbərinə görə, Putin qeyd edib ki, Çin üçün müəyyənləşdirilən qaz qiymətləri Avropa bazarı üçün tətbiq edilən eyni düsturla hesablanır.
Onun sözlərinə görə, bu yanaşma tərəflər arasında şəffaflıq və balanslı əməkdaşlıq üçün əsas şərtlərdən biridir.
Putin əlavə edib ki, belə mexanizm həm Rusiyanın ixrac siyasətində sabitliyi təmin edir, həm də tərəfdaş ölkələrin etibarını gücləndirir. Prezident vurğulayıb ki, Moskva enerji sahəsində əməkdaşlıqda hər zaman bazar prinsiplərinə əsaslanır.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ