İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də çip istehsalçılarına rüsum tətbiq ediləcək - SƏBƏB

ABŞ prezidenti Donald Tramp ABŞ-da istehsal müəssisələri olmayan yarımkeçirici və mikroçip istehsalçılarının mallarına yaxın zamanda əhəmiyyətli idxal rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərə açıqlayıb: "Biz Birləşmiş Ştatlara daxil olmayan şirkətlərə tariflər tətbiq edəcəyik, bu, tezliklə baş verəcək. Biz çox yüksək deyil, lakin kifayət qədər əhəmiyyətli rüsumlar tətbiq edəcəyik. Anlamaq lazımdır ki, onlar ölkəyə daxil olsalar, burada istehsal qurublarsa və ya daxil olmağı planlaşdırırlarsa, o zaman onlar üçün heç bir rüsum olmayacaq".

Qeyd edək ki, avqustun 6-da Tramp bildirib ki, Vaşinqton mikroçiplər və yarımkeçiricilərə təxminən 100 faiz idxal rüsumları tətbiq etmək niyyətindədir və qeyd edib ki, ABŞ-da istehsalı olan texnologiya şirkətləri rüsum ödəməli olmayacaq.

ABŞ-dan kənarda çip istehsalında əsas liderlər Tayvan və Çindir. Xüsusilə Tayvan dünyada bu sahədə ən öndə gedən ölkədir. Rüsumlar artırılarsa, ilk növbədə ABŞ-ın Asiya-Sakit Okean regionunda ən mühüm tərəfdaşlarından biri olan Tayvana zərbə olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR