Onlayn ictimai-siyasi qəzet
İsrailin Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yeni açıqlama yayıb.
Musavat.com xəbər verir ki, səfirliyin missiya rəhbərinin müavini Aviv Zell Azərbaycanın Sosial Xidmətlər Agentliyinin rəhbərliyi ilə görüşündə iki ölkə arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Aviv Zell bildirib: “Biz sosial xidmətlərin göstərilməsi sahəsində yeni birgə təşəbbüsləri dəstəkləməyə və İsrailin təcrübəsini bölüşməyə hazırıq.”
Sentyabrın 3-də baş tutan görüşdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Xarici Əlaqələr Şöbəsinin müdiri Leyla Cəfərova iştirak ediblər. Tərəflər uşaqlar və həssas qruplar üçün reabilitasiya xidmətlərinin genişləndirilməsi, sosial xidmətlərin keyfiyyətinin artırılması və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ